Çərşənbə axşamı, 14 May

Rəqsanə ailə qurmağa hazırlaşan qızı haqda: "Heç vaxt..."- Foto

image

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın yaxın günlərdə gözlənilən nişan mərasimindən danışıb.

Xəbər verilir ki, Rəqsanə İsmayılova qızı haqda bu sözləri qeyd edib: "Mən heç vaxt anamın üzünə ağ olmadım, kobudcasına cavab qaytarmadım. Anam mənə hirslənsə də, "anamdı, canımdı" dedim, sevdim, hörmət etdim. Şükürlər olsun, qızım da məni heç zaman unutmadı, üzümə ağ olmadı. Qızım, sən də mənə mənim kimi övlad oldun. Analar övladlarını çox sevir.

Hərdən düşünürəm ki, kimsəni belə sevmək olarmı?! Sən mənim hər şeyimsən. Hərdən sənin uşaqlığın üçün çox darıxıram, hər gün varlığına şükür edirəm. Məni ana edən qızım, hər zaman xoşbəxt ol. Sən bir evə gəlin gedirsən. Allah bütün balaları xoşbəxt eləsin. Təbrikləriniz üçün hər kəsə minnətdarlığımı bildirirəm"

Qeyd edək ki, Aysun İsmayılovanın nişan mərasimi yanvarın 26-da baş tutacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00